Haqqımızda

Pinghome onlayn bizneslər üçün IT infrastruktur monitorinqi və insident idarəetmə həlləri təqdim edən innovativ texnologiya şirkətidir.

Pinghome beynəlxalq təcrübəyə əsaslanaraq Azərbaycanda ilk İT infrastruktur monitorinqi və insident idarəetmə həllərinini hazırlayıb yerli bazara təqdim edən şirkətdir. Bizim missiyamız sadədir: Veb saytlarınızın, Serverlərinizin və API-lərinizin fasiləsiz və mükəmməl işləməsini təmin etmək üçün sizə lazım olan alətlər və faydalı məlumatlar təqdim etmək.

Pinghome olaraq, yüksək keyfiyyətli xidmət təqdim etməyə üstünlük veririk və bunun əsasını peşəkar və təcrübəli proqramçı komandamız təşkil edir. Onların peşəkarlığı və fədakarlığı sayəsində biz veb saytlarınızın monitorinqi ilə bağlı bütün ehtiyaclarınızı qarşılamağa hazırıq. Sizə hər mərhələdə misilsiz dəstək və yol göstərici xidmətlər təqdim edirik.

Bizi fərqləndirən əsas xüsusiyyətlərdən biri innovativ və 100% serverless (serverdən asılı olmayan) arxitekturamızdır. Ən son texnologiyalardan istifadə edərək, xidmətlərinizin fasiləsiz monitorinqini təmin edirik. Pinghome ilə veb saytınızın fərqli coğrafi mövqelərdən diqqətlə yoxlanıldığından əmin ola bilərsiniz. Beləliklə, hər hansı dayanma (downtime) baş verdikdə, dəqiq və etibarlı bildirişlər alırsınız. Zamanınızın önəmini anlayırıq və monitorinq prosesində səmərəliliyi və dəqiqliyi prioritet hesab edərək, yalnış siqnalların (false alarms) qarşısını almaq üçün ən yüksək səviyyədə çalışırıq.

Pinghome-u seçməklə, yalnız bir monitorinq həlli deyil, eyni zamanda uğurunuza töhfə verən etibarlı tərəfdaş əldə edirsiniz. Mükəmməlliyə olan sadiqliyimiz, qabaqcıl texnologiyalarımız və güclü müştəri dəstəyimiz sayəsində, Monitorinq sahəsində bənzərsiz həllər axtaran bizneslər üçün ilk seçim oluruq.