API monitorinqi, JSON izləmə, real vaxt API sağlamlıq yoxlaması, API performansı, API cavab vaxtı

API və JSON response monitorinqi

API endpoint-lərinizi şərt əsaslı monitorinq ilə izləyin

API endpoint-lərindən gələn JSON dəyərlərini yoxlayın və gözlədiyiniz nəticə ilə uyğun gəlmədikdə bildiriş alın.

API monitorinqi, JSON izləmə, real vaxt API sağlamlıq yoxlaması, API performansı, API cavab vaxtı
Ehtiyaclarınıza uyğun fərdiləşdirilə bilən API monitorinqi

Pinghome-un fərdiləşdirilə bilən xüsusiyyətləri ilə API monitorinqinizi ehtiyaclarınıza uyğunlaşdırın. İzləmək istədiyiniz JSON atributlarını müəyyən edin, tələblərinizə əsasən şərtlər təyin edin və cavablar gözlənilən kriteriyalara uyğun olmadıqda bildirişlər alın.

Pinghome sizə unikal istifadə ssenarilərinizə uyğun monitorlar yaratmaq imkanı verir, beləliklə, API məlumatlarınızdakı istənilən anomaliyaları vaxtında aşkar edib proaktiv tədbirlər görə bilərsiniz.

API monitorinqi, JSON izləmə, real vaxt API sağlamlıq yoxlaması, API performansı, API cavab vaxtı
Real vaxt rejimində

API response monitorinqi

Pinghome-un güclü monitorinq imkanları ilə API-dən gələn cavabları real vaxt rejimində diqqətlə izləyin. Belə ki, JSON data-da olan verilənlər gözlənilən şərtlərdən kənara çıxdıqda dərhal bildirişlər alacaqsınız.

İstər məlumat bazalarındakı ehtiyat göstəriciləri, valyuta məzənnələrini, istərsə də digər vacib məlumatları izləmək imkanı qazanacaqsınız – Pinghome-un API monitorinqi sizə cavabların öncədən müəyyən etdiyiniz kriteriyalara uyğun gəlmədiyi hallarda vaxtında xəbər verir.

Bildiriş almaq üçün

istədiyiniz üsulu seçin

Pinghome-da mövcud olan zənglərdən, SMS-lərdən və digər bildiriş kanallarından faydalanın.

E-poçtSistem xətaları ilə bağlı əsas məlumat mənbəyi e-poçt bildirişləridir.
Push bildirişləriPush bildirişləri sayəsində vacib məlumatları anında əldə edin.
SMSSMS bildirişləri ilə sistem xətaları barədə dərhal xəbərdar olun.
MS TeamsMS Teams bildirişləri ilə dəyişikliklərdən vaxtında xəbər tutun.
SlackSlack bildirişləri ilə komandanızı operativ məlumatlandırın.
Pinghome uptime monitoring
Pinghome uptime monitoring
Mobil tətbiqlərimizlə istənilən yerdən infrastrukturunuza nəzarət edin.
Harada olursunuzsa olun, mobil cihazınıza dərhal bildirişlər və sistemin fəaliyyəti barədə hesabatlar gəlsin.
Proqram təminatınızın fasiləsiz işləməsini
təmin edin
Aparıcı monitorinq sistemi vasitəsilə vaxtında bildirişlər əldə edin