Tez-tez verilən suallar

Suallarınız var? Bizdə cavablar var! Pinghome-un Tez-tez Verilən Suallar (FAQ) səhifəsi bütün sorğularınıza kömək etmək üçün buradadır. Suallarınızı bizə göndərin və 24 saat ərzində cavab alacağınıza əmin olun.

Əlavə köməyə ehtiyacınız varsa, bizə buradan müraciət edin:support@pinghome.az

Sizə necə kömək edə bilərik?

və ya ehtiyac duyduğunuz köməyi tez tapmaq üçün sualın üzərinə klikləyin
  • Hesabıma daxil ola bilmirəm

    Əgər girişdə problem yaşayırısınızsa, e-poçt ünvanınızı və şifrənizi yoxlayıb yenidən cəhd edin. Əgər hələ də daxil ola bilmirsinizsə, şifrənizi sıfırlamağa çalışın. Problem davam edərsə, bizimlə əlaqə saxlayın.

  • Adətən 1-2 dəqiqə ərzində bərpa olunan resursları necə idarə edə bilərik və bərpa olunduqda bildiriş almamaq üçün nə etməliyik?

    Adətən 1-2 dəqiqə ərzində bərpa olunan resursları idarə etmək və bərpa olunduqda bildiriş almamaq üçün hər resursun "Advanced Settings" bölməsində olan "Grace Period (Gecikmə müddəti)" funksiyasını istifadə edə bilərsiniz. Müəyyən bir gecikmə müddəti təyin etməklə, sistemimiz bildiriş göndərməzdən əvvəl həmin vaxt ərzində resursun bərpa olunmasını gözləyəcək. Bu, qısa müddətli dayanma hallarında yaranan lazımsız bildirişlərdən qaçmağa kömək edir.

  • Pinghome veb saytımın əlçatan olmadığını bildirdi. Lakin bizim tərəfdə sayt işləyir, sadəcə müəyyən problemlər səbəbindən adi haldan daha yavaş cavab verir. Bunun səbəbi nədir?

    Pinghome veb saytınızı daima izləyir və əgər saytınız 30 saniyədən gec cavab verirsə, bunu vaxt aşımı (timeout) kimi qeydə alaraq sizə bildiriş göndəririk. Saytınızın cari statusunu Pinghome idarəetmə panelindən (dashboard) yoxlaya bilərsiniz.

  • Pinghome veb saytımı yoxlamaq üçün hansı istifadəçi agentlərindən istifadə edir?

    Biz öz istifadəçi agentlərimizdən istifadə edirik, ən çox yayılmışı Pinghome/1.0.0 -dır.

  • Pinghome botunu necə ağ siyahıya (whitelist) əlavə edə bilərəm?

    Resurslarınızı yoxlamağımıza icazə vermək üçün, firewall qaydalarına (firewall rules) daxil olun və Pinghome/1.0.0 -ı istifadəçi agenti (User-Agent) kimi əlavə edin.Əgər resurslarınız üçün fərdi istifadəçi agenti (məsələn, Pinghome/1.0.0 Bot (bəzi unikal mətn)) təyin etmək istəyirsinizsə, bizimlə əlaqə saxlayın.

  • URL-ləri hansı IP ünvanlarından yoxlayırsınız?

    Biz firewall parametrlrərini istifadəçi agentimizə (User-Agent) icazə verəcək şəkildə konfiqurasiya etməyi tövsiyə edirik, çünki IP ünvanlarımız dövri olaraq dəyişə bilər.

    Lakin, bizim IP ünvanlarımızın siyahısını https://www.pinghome.az/ips.txt linkindən əldə edə bilərsiniz.

  • Saytımın statusu ilə bağlı bildiriş almaq istəmirəm. Nə edə bilərəm?

    Saytınızın statusu ilə bağlı bildirişlər standart olaraq aktivdir.
    Onları resurslar (resources) səhifəsindən dayandıra və ya bütün resursları silə bilərsiniz. Hələ də bildirişlər alırsınızsa, bizimlə əlaqə saxlayın.

  • Hesabımı necə silə bilərəm?

    Hesabınızı silmək üçün konsoldakı müştəri parametrləri (Customer Settings) menyusundan istifadə edə bilərsiniz.