Uptime Monitorinqi Nədir?
Uptime monitorinqi (və ya vebsaytın əlçatanlığına nəzarət) vebsaytınızın və ya tətbiqinizin istifadəçilər üçün əlçatan olub-olmadığını avtomatik yoxlamağa imkan verən faydalı bir xidmətdir. Uptime monitorinqi onlayn xidmətlərin dayanıqlı işləməsinə ehtiyac duyan bizneslər üçün vacib bir vasitədir.
Sistem işləmədikdə və ya problem yarandıqda, uptime monitorinqi bunu aşkar edir və dərhal müvafiq şəxslərə bildiriş göndərir. Monitorinq sistemi vebsaytınızı və ya tətbiqinizi mütəmadi olaraq yoxlayır və hər hansı problem yarandıqda sizi məlumatlandırır. Bu üsulla xidmətinizin istifadəçilər üçün hər zaman əlçatan olmasını təmin edə bilərsiniz.
Uptime Monitorinqi Nə Üçün Vacibdir?
Real-iş rejimində insidentlərin aşkarlanması:
Tam avtomatlaşdırılmış uptime monitorinqi sayəsində vebsaytınızda və ya tətbiqinizdə 30 saniyə kimi qısa bir müddət ərzində belə yaranan problemləri dərhal aşkar edə bilərsiniz. Nəticədə, problemləri tez həll edə, sistemin işləmədiyi vaxtı və istifadəçilərə təsiri minimuma endirə, həmçinin xidmətin əlçatanlığını və etibarlılığını yüksək səviyyədə saxlaya bilərsiniz.
Performansın ölçülməsi:
Uptime monitorinqi vebsaytınızın və ya tətbiqinizin nə qədər işlək qaldığını və serverin cavab vermə müddətini göstərən keçmiş məlumatları təqdim edir. Bu da sizə performansınızı rəqiblərinizlə və ya məhsulunuzun əvvəlki versiyaları ilə bençmark etməyə, yəni müqayisəli qiymətləndirməyə imkan verir. Bu məlumatlar sayəsində təkmilləşdirilməli sahələri müəyyən edə və gələcək yeniləmələr üçün plan qura bilərsiniz.
Mümkün problemlərlə bağlı bildirişlər:
Uptime monitorinqi potensial insidentlərə səbəb ola biləcək problemləri hələ yaranmadan aşkar edə bilər. Bu da öz növbəsində insidentin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görməyə imkan verir, məsələn, xətalara səbəb olan kodu düzəltmək və ya trafik artmadan əvvəl serverin yüklənməsinin qarşısını almaq.
Xərclərə qənaət:
Vebsaytın işləməməsi biznes üçün gəlir itkisinə və müştəri məmnuniyyətinin azalmasına səbəb ola bilər. Uptime monitorinqi problemləri vaxtında aşkar edib aradan qaldırmağa kömək edir, bununla da zərər dəyməsinin qarşısını alır və şirkətlərin müştəri qazanmağa və onları qoruyub saxlamağa fokuslanmasına şərait yaradır.
Rahatlıq və güvən təmin etmək:
Effektiv uptime monitorinqi sayəsində vebsayt və ya tətbiq sahibləri xidmətlərinin hər zaman istifadəçilər və müştərilər üçün əlçatan olduğuna əmin ola bilərlər. Hər hansı bir problem yarandıqda isə onun tez bir zamanda aşkarlanıb aradan qaldırılmasından əmindirlər.
Sistemdə fasilə (downtime) nədir və bunun həqiqətən baş verdiyini necə anlaya bilərik?
Sistemdə xəta və ya fasilə, vebsaytın və ya tətbiqin əlçatan olmadığı və ya düzgün işləmədiyi müddəti ifadə edir. Bu, server problemləri, şəbəkə nasazlıqları, proqram xətaları və ya digər texniki səbəblərdən baş verə bilər.
Monitorinq alətləri vebsaytın işlək olub-olmadığını yoxlamaq üçün müxtəlif testlər aparır. Məsələn, müəyyən səhifələrə sorğu göndərir və ya tətbiqin düzgün işlədiyini təsdiqləmək üçün sadə əmrlər icra edir.
Bəzi monitorinq alətləri yoxlamaları bir neçə fərqli coğrafi nöqtədən və ya müxtəlif şəbəkələr üzərindən həyata keçirir. Problemin həqiqətən olduğunu təsdiqləyir və bununla da yanlış bildirişlərin göndərilməsinin qarşısı alınmış olur.
Uptime monitorinqi necə işləyir?
Monitorinq xidməti tətbiqinizin əlçatanlığını yoxlamaq üçün fərqli coğrafi nöqtələrdən testlər aparır. Bu yoxlamalara, əlçatan olub-olmadığını yoxlamaq üçün vebsayt və ya server kimi hədəf hosta paketlər göndərən ping testi, müəyyən səhifələrə sorğu göndərmək və ya tətbiqin düzgün işlədiyini təsdiqləmək üçün sadə kodların icrası daxildir. Əgər yoxlama uğursuz olarsa, sistem problemi aşkar edir və məsul şəxslərə bildiriş göndərir. Bildirişdə adətən xəta haqqında məlumat və onu necə həll etməyin yolları əks olunur. Müvafiq texniki heyət bu bildirişi aldıqdan sonra problemi araşdırmağa başlayır. Problemin nə dərəcədə ciddi olmasından asılı olaraq, dərhal müdaxilə edə və ya düzəlişi daha sonrakı vaxta planlaşdıra bilərlər. Problem həll edildikdən sonra monitorinq sistemi tətbiqin düzgün işlədiyini yoxlayır və komandaya hər şeyin qaydasında olduğunu bildirən təsdiq bildirişi göndərir.
Token avtorizasiyası və ya digər HTTP parametrləri tələb edən URL-lərin monitorinqi necə aparılır?
Avtorizasiya və ya xüsusi cookie-lər tələb edən URL-ləri monitorinq etməyə ehtiyacınız varsa, Pinghome-un əlavə monitorinq parametrləri bunu asanlıqla həll edir. Əlavə monitorinq sayəsində seçilmiş URL-lərə giriş üçün tələb olunan birdən çox avtorizasiya parametrini, o cümlədən cookie-ləri asanlıqla təyin edə bilərsiniz. Başlamaq üçün uptime monitorinqi yaratmaq üçün açılan pəncərədə "Advanced Monitoring" bölməsinə klikləyin. Burada sorğularınızı təsdiqləmək və URL-ləri effektiv izləmək üçün lazım olan parametrləri, məsələn, cookie və token əlavə edə bilərsiniz. Əlavə monitorinq imkanlarından istifadə edərək, əlavə avtorizasiya tələb edən URL-lər üçün belə uptime monitorinqinin düzgün qalacağına əmin ola bilərsiniz.
Vebsaytın monitorinqinə necə başlamaq olar?
- Nəyi monitorinq etmək istədiyinizi müəyyənləşdirin: Bura uptime, serverin cavab müddəti, vebsaytın işləmə sürəti və digər vacib göstəricilər daxil ola bilər. Əvvəlcədən bu göstəriciləri seçərək, vebsaytınızın fəaliyyətinə daha yaxşı nəzarət edə bilərsiniz.
- Uyğun monitorinq xidmətini seçin: Geniş monitorinq imkanları, etibarlı bildiriş sistemi və rahat interfeysə malik idarəetmə paneli təqdim edən xidməti seçin.
- Monitorinq xidmətini öz ehtiyaclarınıza uyğunlaşdırın: Vebsaytınızın hansı tezliklə, hansı coğrafi nöqtələrdən yoxlanacağını və digər lazımi parametrləri buradan təyin edə bilərsiniz. Əlavə sualınız yaranarsa, bizimlə əlaqə saxlayın (sales@pinghome.io).
- Hər şey hazırdır! Artıq vebsaytınızın fəaliyyətini rahatlıqla izləyə, problemləri vaxtında aşkar edə və lazım olduqda bildirişlər ala bilərsiniz.